Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-07,
Seanews
Heyder Eliyev

Yeni heyətsiz qayıq

Türkiyədə uzaqdan idarə olunan döyüş qayığının yeni modelinin dəniz sınaqları başa çatıb və o, dəniz hədəflərini uğurla vurub.

“Seanews.az” xəbər verir ki, yeni modelin tərtibatçısı və istehsalçısı Türkiyənin gəmiqayırma şirkəti “Dearsan”-ın məlumatına görə, qayığa “Salvo” adı verilib. Elektrik güc qurğularının seçilmiş variantından asılı olaraq, 60 (!) düyün sürətinə çata bilər.

Qayıq ağır çaplı 12,7 mm-lik pulemyotla yanaşı, 70 mm-lik lazerlə idarə olunan “Roketsan Cirit” raket sistemi ilə də silahlanıb. “Salvo” hava-raket kompleksinin atəş məsafəsi dörd dəniz mili (təxminən 6,5 kilometr) təşkil edir.

Qayığı həm sahil stansiyasından, həm gəmidən, həm də üzən və sabit dəniz platformalarından uzaqdan idarə etmək mümkündür. Bundan əlavə, o, tamamilə avtonom rejimdə istifadə edilə bilər.
Onun həm kəşfiyyat, həm də müşayiət xidmətinin həyata keçirilməsi, dəniz və sahil hədəflərinə hücumu üçün - təkbaşına və ya döyüş qruplarının tərkibində istifadə edilməsi planlaşdırılır.

Beləliklə, bu gün Türkiyə Hərbi Dəniz Qüvvələri artıq iki perspektivli pilotsuz döyüş qayığına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır