Dənizçilərin təmsilçisinin yeni baş məşqçisi məlum oldu
“Səbail” Peşəkar futbol Klubunun baş məşqçi vəzifəsinə yeni təyinat olub.
Klubun Müşahidə Şurasının qərarı ilə dənizçilərin komandasını Mahmud Qurbanov çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək (2 il) müqavilə bağlanıb.
Qeyd edək ki, Qurbanov 2018-ci ildən "Neftçi" PFK-nın əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır