Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

Birgə qaz təchizatı layihəsinin mümkün qədər tez həyata keçirilməsi nəzərdə tutulur

“Seanews.az” xəbər verir ki, Estoniyanın İqtisadiyyat və İnfrastruktur naziri Taavi Aas və Finlandiyanın İqtisadi İnkişaf naziri Mika Lintila cümə günü mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün potensialın yaradılması sahəsində əməkdaşlıq haqqında niyyət memorandumu imzalayıblar.

Estoniyanın “ERR” milli yayım portalı məlumatına görə, tərəflər "ildə ən azı 30 teravatt-saat reqazifikasiya gücünə malik üzən terminalı icarəyə götürməyi" planlaşdırır ki, bunun üçün xərcləri "istehlak olunan qazın miqdarına mütənasib" olaraq bölüşəcəklər.

Terminalın regiona çatdırılması Estoniyanın sistem operatoru “Elering” və Finlandiyanın “Gasgrid” şirkətlərinə həvalə edilib. Plana uyğun olaraq, “üzən terminal ona xidmət edən infrastrukturun daha tez qurulacağı ölkədə fəaliyyət göstərəcək və gələcəkdə İnkoo limanında yerləşdiriləcək”.

"İndi biz artıq bu qışı Rusiya qazı olmadan keçinmək üzərində çalışırıq. Avropa qaz bazarında vəziyyət getdikcə gözlənilməz olur və bir neçə gün ərzində dəyişir. Ona görə də LNG-nin sürətli müvəqqəti qəbulu üçün lazımi potensialın yaradılması işini qaz təchizatının təmin edilməsinə cavabdeh olan milli qaz sisteminin operatorlarına həvalə etmək məsləhətdir”, - deyə Aas əldə olunmuş razılaşmaları şərh edərkən bildirib.

Qeyd edildiyi kimi, imzalanmış niyyət memorandumunda birgə qaz təchizatı layihəsinin mümkün qədər tez, lakin cari 2022-ci ilin sonundan gec olmayaraq həyata keçirilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır