Nüvə enerjisi ilə işləyən daha iki buzqıran gəmi tikiləcək
“Seanews.az” ”korabel.ru”-ya istinadən xəbər verir ki, 2030-cu ilə qədər “Rosatom” federal büdcədən iki nüvə buzqıran gəmisinin tikintisi üçün 118 milyard rubl, həmçinin nüvə-texnoloji dəstək gəmisi üçün 25 milyard rubl alacaq.
Daha 7 milyard rubl ”Şimal Buxtası” və “Şimal Ulduzu” limanlarının tikintisinə yönəldiləcək. Bu, şərq istiqamətində ilboyu yük axınını təmin edəcək ki, bu da, analitiklərin fikrincə, sanksiyalar fonunda çox perspektivli olacaq.
Xatırladaq ki, “Rosatom” artıq “Arktika” tipli 60 MVt gücündə iki nüvə buzqıran gəmisi inşa edib, daha üçü isə gəmiqayırma zavodundadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır