Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-04,
Seanews
Heyder Eliyev

“Panamax” gəmisi Ukraynadan Rumıniya limanına qarğıdalı daşıyıb

“Seanews.az” xəbər verir ki, 2022-ci il fevralın 24-dən bəri ilk dəfə Ukraynadan Rumıniyanın Konstansa limanına qarğıdalı göndərilib.

Ukraynada qarğıdalı “Panamax” gəmisinə vurulub. Quru yük gəmisi aprelin 28-də axşam yola düşüb. Son təyinat yeri açıqlanmayıb.

Ukraynanın Qara dəniz limanlarından Odessa və Nikolayev vilayətlərinə malların ixracı fevralın 24-dən sonra dayandırılıb. Ukrayna alternativ marşrut kimi dəmir yollarından istifadə edir ki, bu da ixrac potensialını ayda 450-700 min ton taxılla məhdudlaşdırır. Əvvəlki illərdə ölkə ayda 5-6 milyon ton taxıl ixrac edirdi.

Ukrayna dünyada ikinci ən böyük taxıl ixracatçısıdır. Buğda ixracına görə reytinqə Rusiya başçılıq edir. Günəbaxan yağı ixracının isə təxminən 80%-i Ukrayna ilə Rusiyanın payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır