Kanadada kruiz mövsümü başlayır
“Seanews.az” xəbər verir ki, Kanadada kruiz mövsümü başlayıb. İlk kruiz gəmisi epidemiyanın yaratdığı iki illik fasilədən sonra Kanadanın Sageney şəhərinə gəlib.
“Viking Octantis” laynerinin göyərtəsində olan 286 sərnişinin əksəriyyəti amerikalı turistlərdir.
2022-ci il mövsümünün ilk 13 günlük səyahəti Nyu York - Halifkas - Şahzadə Eduard adası - Kap-O-Myol – Set-İl arxipelaqı - Sarenay - Kvebek - Trya-Rivyer – Müqəddəs Lavrentiya çayı keçidləri - Toronto marşrutu üzrə həyata keçirilir.
Uzunluğu 206 metr və heyəti 260 nəfərdən ibarət olan “Viking Octantis” gəmisi göyərtəsinə 378 sərnişin götürə bilir. 2022-ci ildə Norveçin “Vard” gəmiqayırma zavodundaxüsusi olaraq Arktika bölgələrində, Şimali Amerikanın çaylarında və Böyük göllərində istismar üçün tikilmişdir.
2022-ci ildə Sageney şəhərinə 55 kruiz gəmisinin gəlişi gözlənilir. Növbəti giriş mayın 23-nə planlaşdırılıb, həmin gün “Pearl Mist” layneri körpüyə yan alacaq.
Kruizdən hər il region birbaşa və dolayı yolla 26 milyon dollar gəlir əldə edir. Turistlər yerli məhsullar və suvenirlər almaq, həmçinin muzeylərə və attraksionlara baş çəkməklə sahildə orta hesabla 300 dollara qədər pul xərcləyirlər.