Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-18,
Seanews
Heyder Eliyev

“Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimi

Avropa İttifaqı və Bakı Limanının birgə  “Bakı Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsi 2016-cı ilin noyabrından həyata keçirilir və cari ildə 2020-ci ildən icra olunan layhənin ikinci fazası da artıq uğurla başa çatıb.

Bu məqsədlə 10 mart 2022-ci il tarixdə Bakı Limanının, Avropa İttifaqının, dövlət və beynəlxalq təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “Yaşıl limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda qeyd olunan layihənin bağlanış mərasimi təşkil olunub.

Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci konsulu, əməkdaşlıq üzrə rəhbəri Viktor Bojkov açılış nitqi ilə çıxış edərək layihənin strateji məqsədləri və perspektivləri haqqında iştirakçıları məlumatlandırıblar.

Layihənin əsas məqsədi 2020-2022-ci illər üzrə Bakı Limanın strateji planı və Yaşıl Liman konsepsiyasının həyata keçirilməsində Limanın imkanlarının genişləndirmsindən ibarət olub. Layihə çərçivəsində yeni beynəlxalq sertifikatların əldə olunması, biznes proseslərinin optimallaşdırılması üçün liman əməliyyatlarının, o cümlədən insan resursları sisteminin rəqəmsallaşdırılması, ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı və Orta dəhliz boyunca bütün təchizat zəncirini birləşdirmək üçün rəqəmsal platformanın genişləndirilməsi istiqamətində də mühüm işlər aparılıb.

Eyni zamanda, layihənin nəticəsi olaraq Bakı Limanı yenidən ISO 14001:2015 sertifikatı əldə edib. Bu sertifikat ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin aparılmasını özündə ehtiva edir. Bununla yanaşı, Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) "EcoPorts" sertifikatına layiq görülüb və ötən il layihə çərçivəsində bu resertifikasiyadan da Bakı Limanı uğurla keçib. Beləliklə, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb.

Layihənin bağlanış mərasimində həmçinin Bakı Limanının Təlim Mərkəzi və Barselona Limanının Təlim Mərkəzi arasında Anlaşma memorandumu imzalanıb. Məqsəd Bakı Limanının Təlim Mərkəzinin regional port və logistika üzrə təlim mərkəzinə çevrilməsi istiqamətində institusional inkişaf strategiyasının həyata keçirilməsidir. Hər iki limanın təlim mərkəzi birgə sinergiya yaradaraq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına mühüm töhfə verəcəkdir.

Qeyd edək ki, sözügedən tədbirdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni (ASCO) Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli təmsil edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır