ASCO-nun təcrübəli kapitanı vəfat edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Bunkerovşik 7” gəmisinin kapitanı Niyazi Qasımov vəfat edib.
Niyazi Qasımov 31 may 1960-cı ildə Ağdam rayonunda anadan olub. Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü ixtisası üzrə təhsil alıb.
1983-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində matros kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra ayrı-ayrı gəmilərdə müxtəlif vəzifələrdə çalışıb. Qısa müddətdə öz bilik və bacarığı sayəsində kapitan vəzifəsinə yüksəlib.
40 ilə yaxın dənizçilik təcrübəsinə malik Niyazi Qasımov daim öz məsuliyyəti və fədakarlığı ilə seçilib. Səmimiyyəti və mehribanlığı ilə ətrafındakıların və dənizçi yoldaşlarının rəğbətini qazanmağı bacarıb. Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.
ASCO rəhbərliyi və kollektivi adından kapitan Niyazi Qasımovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.
Allah rəhmət eləsin!