ASCO ailəsinin üzvü Sevda Cəfərova yubileyini qeyd edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki şöbəsinin əməkdaşı Sevda Cəfərova yubileyini qeyd edir.
Sevda Cəfərova 1972-ci ilin yanvarın 20-də Bakı şəhərində doğulub. 1979-1989-cu illərdə Maştağa qəsəbə 187 saylı orta məktəbdə oxuyub 1989-1994-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “ərəb dili və ədəbiyyatı müəlliməsi, filoloq və tərcüməçi” ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1994-cü ildə Bakı Asiya Universitetində Ərəb dili müəlliməsi kimi başlayıb. 1997-ci ildən Xəzər Dəniz Neft Donanması İdarəsində əvvəlcə operator, sonra Xarici Əlaqələr şöbəsində tərcüməçi və mühəndis kimi fəaliyyətini davam etdirib.
2014-cü ildən Xəzər Dəniz Neft Donanmasının İstismar xidmətində texnik vəzifəsində, 2015-2018-ci illərdə ASCO-nun aparatında referent vəzifəsində işləyib. 2018-ci ildən isə Texniki şöbənin mühəndisi vəzifəsində çalışır.
ASCO ailəsi adından həmkarımızı yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.