Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Meksika göyərtəsində “COVID-19” xəstəsi olan gəmiləri də qəbul edəcək

Meksika limanları göyərtəsində “COVID-19” xəstəsi olsa belə, kruiz gəmilərini qəbul edəcək və xəstələrə zəruri tibbi yardım göstəriləcək.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ayın əvvəlində Xalisko ştatının səlahiyyətliləri göyərtəsində koronavirusa yoluxma hallarının olduğu ABŞ laynerinin Sakit okean sahilindəki Puerto Valyarta limanına daxil olmasına icazə verməmişdilər.

Rəsmi rəqəmlərə görə, hazırda Meksikada epidemik vəziyyət qənaətbəxşdir, yoluxma hallarının sayı azalmaqda davam edir. Xəstəxanalar orta hesabla 13%-ə qədər boşalıb, reanimasiya şöbələrində  ağciyərlərin süni ventilyasiyası cihazları ilə təchiz olunmuş çarpayılar 11% təşkil edir. Yanvarın 9-dək infeksiyanın yayılmasının qarşısını almaq üçün 28 rayonda ən yumşaq məhdudiyyətlər rejimi tətbiq olunacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır