Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Konteyner gəmisi körpünü əzib

Tayvanın Tayçunq limanında “Asiatic Lloyd” şirkətinə məxsus “Asiatic Sun”  konteyner gəmisi körpüyə dəyib.

“Seanews.az”, “Splash”-a istinadən xəbər verir ki, hadisəyə avadanlığın sıradan çıxması səbəb olub.

Gəminin burnu və yan almaq istədiyi körpü əhəmiyyətli dərəcədə - 5-7 metr zədələnib.

Ölən və yaralanan yoxdur.

1 min TEU tutumlu “Asiatic Sun” konteyner gəmisi 13 il əvvəl inşa edilib.

Sinqapur bayrağı altında üzən gəmi hazırda Tayçunq limanında dayanıb və dəyən ziyan hesablanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır