Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-10,
Seanews
Heyder Eliyev

Səudiyyə Ərəbistanının Milli Gəmiçilik Şirkətinə yeni baş direktor təyin edilib

Əhməd Əli Alsubayı Səudiyyə Ərəbistanının Milli Gəmiçilik Şirkəti “Bahri”yə yeni baş direktor təyin edilib. O, vəzifəsinin icrasına gələn il aprelin 1-dən başlayacaq.

"Seanews.az”-ın məlumatına görə,  A.Alsubay  ABŞ-ın Stenford Universitetində MBA dərəcəsi alıb. Əvvəllər Cənubi Koreyanın “S-Oil” şirkətində baş direktor və “Saudi ARAMCO”-da müxtəlif yüksək vəzifələrdə, o cümlədən marketinq, satış və təchizat planlaması üzrə vitse-prezident vəzifələrində çalışıb.

O, bu vəzifədə karyerasını başqa şirkətdə davam etdirəcək Abdullah Əli Aldubayhi əvəz edəcək.

“Bahri”-nin donanmasına  90 gəmi daxildir. Şirkət 42 iritonnajlı və 23 kimyəvi yüklər daşıyan tankerləri, 10 ərzaq məhsulları daşıyan gəmini, 9 teploxodu və 6  ədəd ”RO-RO”-nu idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır