ASCO ailəsinin üzvü Nərgiz Səfərəliyeva 60 illik yubileyini qeyd edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Dənizçi Təmir Tikinti” MMC-nin əməkdaşı Nərgiz Səfərəliyeva 60 illik yubileyini qeyd edir.
ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyarı doğum günü münasibətilə təbrik ediblər.
Nərgiz Səfərəliyeva 26 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitunu bitirib.
Əmək fəaliyyətinə 1984-cü ildə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyindən başlayıb.
Hazırda “Dənizçi Təmir Tikinti MMC”də Personal.idarə edilm.və əmək haqqı qrupunun rəhbəri vəzifəsində işləyir.
ASCO ailəsi adından bir daha Nərgiz Səfərəliyevanı təbrik edir, ona mənalı ömür, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.