Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Gəmiqayırma şirkəti adını dəyişib

“Seanews.az” xəbər verir ki, Cənubi Koreyanın “Hanjin Heavy Industries & Construction” gəmiqayırma şirkəti  adını dəyişib. Bundan sonra “HJ Shipbuilding & Construction” (HJSC) kimi tanınmağa çalışacaq.

Əsası 1937-ci ildə Pusan şəhərində qoyulan gəmiqayırma şirkəti son vaxtlar maliyyə çətinlikləri yaşayırdı. 2020-ci ildə Koreyanın “SM Line” konteyner xətti bu gəmiqayırma zavodunu almaq niyyətində idi və ölkənin ən qədim gəmiqayırma şirkətinə üç iddiaçıdan biri idi. Sonra yerli bankların rəhbərlik etdiyi daha iki Koreya konsorsiumu, o cümlədən Koreya Dövlət İnkişaf Bankının törəmə şirkəti hərracda iştirak etmək istədi. Nəticədə bu ilin sentyabrında “Hanjin Heavy Industries & Construction”  şirkəti “Dongbu” korporasiyası tərəfindən alındı və tərsanə artıq gəmilərin inşası üçün sifarişlər qəbul edir.

Yeri gəlmişkən qeyd edək ki, bu il başqa bir gəmiqayırma şirkəti -“STX Offshore & Shipbuilding”  də rebrendinq edib. Gəmiqayırma zavodu indi “K Shipbuilding” adlanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır