“Symphony of the Seas” laynerinin 40-dan çox sərnişinində koronavirus aşkarlanıb
Dünyanın ən böyük gəmilərindən biri olan “Symphony of the Seas” laynerinin göyərtəsində səfər zamanı 48 nəfər “COVID-19”-a yoluxub.
"Seanews.az” xəbər verir ki, gəmi Mayamidə (ABŞ) lövbər salıb.
Kruiz zamanı gəmidə sərnişinlər və heyət üzvləri də daxil olmaqla 6000-dən çox insan olub. Layner Karib dənizində üzərkən sərnişinlərdən birində koronavirus testi müsbət çıxıb. Bundan sonra gəmidə daha 40 sərnişində koronavirus aşkarlanıb.
Gəmi operatorunun dediyinə görə, laynerin göyərtəsindəki sərnişinlərin 95%-i tam peyvənd olunubmuş. Koronavirus testi müsbət çıxan sərnişinlərin də 98%-nin tam peyvəndi varmış. Testi müsbət çıxanlar dərhal karantinə alınıb. Onların hamısı xəstəliyi yüngül keçirib, bəzilərində isə xəstəliyin heç bir əlaməti müşahidə edilməyib.