Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-11,
Seanews
Heyder Eliyev

Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları təqaüddə olan gəmi kapitanı Binnət Həsənovu doğum günü ərəfəsində evində ziyarət ediblər.

Ziyarət zamanı Binnət Həsənovun dənizçiliksahəsindəki xidmətləri xatırlanıb, onun fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün kollektivin tərbriklərini çatdırıblar, cansağlığı, uzun ömür arzulayıblar.

Binnət Həsənov öz növbəsində ASCO ailəsinin qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib.

Qeyd edək ki, Binnət Həsənov 1955-ci ildə Ağstafanın Eynallı kəndində anadan olub. O, ömrünün 30 ildən çox hissəsini dənizçilik sahəsinə həsr edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır