Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Super-səyahətçilər üçün super gəzinti

ABŞ-ın "Royal Caribbean" şirkəti 274 sutkalıq dəniz səyahəti təşkil edəcəyini açıqlayıb. 

"Seanews.az" xəbər verir ki, səyahət baş tutarsa, bu, kruiz tarixininin ən uzun səfəri olacaq.

2023-cü ilin 10 dekabrında başlayacaq gəzinti "Serenade of the Seas" gəmisi ilə yerinə yetiriləcək.  Gəmi ABŞ-ın Florida ştatının Mayami limanından yola düşəcək. Möhtəşəm su nəhəngi səyahət zamanı 7 qitədən keçərək 150 limana yan alacaq. Sərnişinlər ümumilikdə 65 ölkədə olacaqlar.

2143 sərnişinlə yola çıxacaq gəminin heyət üzvü 832 nəfərdən ibarət  olacaq. 

Sərnişin gəmiçiliyinin tarixində uzunmüddətli səyahətlərin başlanğıcı 20-ci əsrin əvvəlinə təsadüf edir. 

Hazırda bu gəzintilərin maksimal müddəti 100 sutkadan çox olmur. Yalnız dəniz turizminin lüks-seqmentində 130 və daha çox müddətə səyahətlər təşkil edilə bilir.

Son dəfə uzunmüddətli səyahəti Viking şirkəti təşkil etmək istəyib. 245 sutkalıq səyahət pandemiya səbəbindən yarımçıq dayandırılıb.

274 günlük səfəri tam başa vurmağa vaxtı olmayanlar üçün operator şirkət səyahətin 4 fərqli istiqamətlərini təklif edir. Bu istiqamətlər Antraktida-Şimali və Cənubi Amerika, Asiya və Sakit Okean, Yaxın Şərq və Aralıq dənizi, Avropa və oradan da Atlantik Okeanını keçməklə Amerikaya qayıtmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır