Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Heyət iri quru yük gəmisini görməyib ona çırpıldı: nəticədə 3 dənizçi itkin düşüb

Banqladeşin Monqla limanında Fardin-1 gəmisi batıb. Nəticədə heyətdən 3 nəfər itkin düşüb.

Göyərtəsində 600 ton kömür olan gəmi 6 nəfər heyətlə üzüb.

Gəmi toqquşmadan bir qədər göyərtəsindən kömür götürdüyü HANDY PERTH quru yük gəmisi ilə toqquşub. Fardin-1 kömürlə yükləndikdən sonra hər iki gəmi limandan çıxışa tərəf hərəkət edib. Bu zaman manevr edərkən yenicə yükləmiş Fardin-1 özündən daha böyük quru yük gəmisini görməyərək ona çırpılıb. Təbii ki, daha kiçik gəmi zərbədən aşaraq batıb. Nəticədə 3 heyət üzvü itkin düşüb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır