Manevr edən quru yük gəmisi dayanan tankerlə toqquşub
Hadisə Almaniyanın Brunsbyuttel şəhərindəki lövbər dayanacağında baş verib. “Konstantin” quru yük gəmisi lövbərdə dayanan “Smeraldo” tankeri ilə toqquşub.
"Seanews.az" xəbər verir ki, İsveçdən Yeni Hollandiyaya (Böyük Britaniya) ağac materialları daşıyan gəmi Kil boğazından tranzit edib lövbər dayancağında manevr edərkən yaxınlıqda dayanan tankerlə toqquşub.
Toqquşmada quru yük gəmisinin maşın şöbəsinə yaxın hissəsində yaranan zədə nəticəsində içəri su dolub. Təmirə aparılan “Konstantin”-nin ciddi ziyan çəkdiyi bildirilir.
Tanker ciddi xəsarət almadığından o yenidən səfərini davam etdirə bilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır