“SORMOVO 3” gəmisinin ikinci mexaniki yoxa çıxıb
“Seanews.az”-ın məlumatına görə, oktyabrın 4-dən 5-nə keçən gecə Rusiya bayrağı altında üzən “SORMOVO 3” gəmisindən ikinci mexanik yoxa çıxıb.
Hadisə zamanı quru yük gəmisi sahildən səkkiz kilometr aralıda, Zavetnoye ərazisində lövbərdə olub.
İkinci mexanikin gecə növbəsinə çıxmadığı, həmkarlarının onu kayutunda tapmadığı və gecə saat 3 radələrində həyəcan siqnalı qaldırıldığı bildirilir.
Bu lövbər ərazisi Krasnodar vilayətinə aiddir, buna görə də Kerç xilasetmə bölmələri əməliyyatda iştirak etmir. Axtarış-xilasetmə əməliyyatı aparılan ərazidə çətin hava şəraiti dalğıcların işləməsinə imkan verməyib. Fırtına xəbərdarlığı oktyabrın 13-dək uzadılıb.
Gəminin Türkiyənin Samsun limanından Rusiyanın Kavkaz limanına üzdüyü bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır