• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Tiber çayı üzərindəki körpüdə yanğın baş verib

“Seanews.az”-ın məlumatına görə, İtaliyanın paytaxtı Romada Tiber çayı üzərindəki XIX əsrə aid “Dəmir körpü”də yanğın baş verib.

Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.

Hadisə nəticəsində körpü nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanğının qəzalı qaz borusundan qaynaqlandığı ehtimal edilir.

Qeyd edək ki, Romanın Ostiense və Portuense bölgələrini birləşdirən 131 metr uzunluğundakı tarixi körpü 1863-cü ildə inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır