• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Karsk dənizinin dibindəki sualtı gəmilər qaldırılacaq

“Seanews.az” xəbər verir ki, Karsk dənizinin dibində yatan keçmiş sovet “K-27” və “K-159”  nüvə sualtı gəmiləri qaldırılacaq.

 Bu barədə "Rosatom" dövlət korporasiyasının beynəlxalq texniki yardım layihələrinin rəhbəri Anatoli Qriqoryev məlumat verib. Sualtı gəmilərin qaldırılması 2030-cu ilə planlaşdırılır. Əməliyyat üçün 24 milyard rubldan çox vəsait lazım gələcək. “K-27” sualtı gəmisi 1962-ci ildə istismara verilib. 645 layihəsinin yeganə gəmisi olub. 1968-ci ilin mayında gəmidə radiasiya faciəsi baş verib. Bundan sonra gəmi donanmanın tərkibindən çıxarılıb və 1982-ci ildə Karsk dənizində 75 metr dərinlikdə batırılıb.

“K-159” nüvə sualtı gəmisi isə “Kit” layihəsi əsasında inşa edilib. 1963-cü ildə donanmanın tərkibinə daxil edilən gəmi 1989-cu ildə istismardan çıxarılıb. 2003-cü il avqustun 30-da təkrar emal sahəsinə aparılarkən batıb. Qəza nəticəsində 9 nəfər dünyasını dəyişib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır