Azərbaycanda “Neftçilər Günü” qeyd olunur
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunur.
Bu tarix 1994-cü ildə ümummilli liderin siyasi iradəsi nəticəsində baş tutan və müstəqil Azərbaycanın yeni neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”-nin imzalandığı günə təsadüf edir.
Bu gün həmin tarixdən 27 il ötür. 20 sentyabr "Neftçilər Günü” münasibətilə dənizçilər adından cəsur neftçilərimizi təbrik edir, cansağlığı arzulayırıq. Bayramın mübarək, neftçi qardaş!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır