• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun fəaliyyətinə hər zaman yaxından köməklik göstərən Fuad Kərimov vəfat edib

“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun uğurlu fəaliyyətinə hər zaman yaxından köməklik göstərən, yelkənçilərin dostu Fuad Kərimov vəfat edib.

Fuad Kərimov 1965-ci il avqustun 19-da Bakıda anadan olub. 1982-1985-ci illərdə Bakı Dəniz Yolları Məktəbində gəmi sürücülüyü ixtisası üzrə təhsil alıb. 1987-1990-cı illərdə Leninqrad Ali Dəniz Mühəndisliyi Məktəbində təhsilini davam etdirib. 1990-2014-cü illər ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işləyib. Üzən heyətdə əvvəlcə kapitanın III, daha sonra II köməkçisi kimi işə başlayan Fuad Kərimov, sonralar Gəmiçilikdə müxtəlif vəzifələrdə çalışıb. Öz bacarığı və əməksevərliyi nəticəsində şöbə rəisi vəzifəsinədək yüksəlməyi bacarıb. 

Fuad Kərimov 2016-cı ildən “CMS Properties” MMC-də layihə üzrə menecer vəzifəsində çalışırdı.

ASCO və “Xəzər” Yelkənli Qayıqlar İdman klubunun kollektivi adından Fuad Kərimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır