Amerikalılar təlim zamanı öz freqatlarını məhv ediblər
“Seanews.az”-ın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin təlimi zamanı istismardan çıxarılan "Ingraham" freqatı məhv edilib.
Amerika hərbçiləri “SINKEX” təlimi zamanı istismardan çıxarılan “Oliver Hazard Perry” tipli “Ingraham” freqatına hücum ediblər.
Avqustun 15-də istismardan çıxarılan gəmiyə bir neçə raket hücumu edilib, sonra “Mark 48” torpidosu ilə atəşə tutulub. Bu hücumlar nəticəsində gəmi yarıya bölünərək batıb.
“Oliver Hazard Perry” freqatları 1970-ci ildən inşa edilmişdir. Bu tip gəmilər hələ də bir sıra ölkələrin, xüsusən Türkiyə, Avstraliya, Misir və Polşanın donanmalarında xidmət edir. “Ingraham” bu tip gəmilərin sonuncusudur və 2015-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibindən çıxarılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır