Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Qarpız yüklü bərə saydan çıxarılıb

“Seanews.az”-ın məlumatına görə, “Marş slavyanki”("Slavyanka yürüşü") yük bərəsi avqustun 25-də saydan çıxarılıb və Kamışina istiqamətində hərəkətini davam etdirir.

Bərə avqustun 23-də Volqa çayında, sahildən təxminən 80 metr aralıda saya oturmuşdu.  Hadisə zamanı bərədə 27 nəfər, 3 minik avtomobili və qarpızla dolu 11 yük maşını olub.

Xilasetmə işlərinə Rusiya Fövqəladə Hallar Nazirliyinin iki gəmisi də daxil olmaqla ("Kasatka" və "Kazanka"),  ümumilikdə 9 texnika və 21 nəfər cəlb edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır