Gecə Norveç limanında trauler yanıb
Rusiyaya məxsus "Tamanqo" balıqçı gəmisi Norveç limanında yanıb.
“Seanews.az” xarici KİV-lərə istinadən bildirir ki, “Tamanqo” balıqçı gəmisi Norveçin şimalında yerləşən Kirkenes limanında gecə alovlanıb.
22 heyət üzvü təxliyə edilib.
Trauleri alovun cəngindən almaq üçün yanğınsöndürənlərə təxminən 7 saat vaxt lazım gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır