• Bakı, 2021-04-16,
Seanews
Heyder Eliyev

ASCO-da 2020-ci ilin yekunlarına görə ən yaxşıların adları açıqlanıb - SİYAHI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ( ASCO)  2020-ci ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”, “İlin ən yaxşı kranmeystri” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“Ən yaxşılar” ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyənləşdirilib. Bu müsabiqənin əsas məqsədi istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyini qiymətləndirməkdir.

2020-ci ilin ən yaxşılarının siyahısını təqdim edirik:

1. “Ən yaxşı gəmi”

 XDND-nin “Kapitan Ağasiyev” gəmisi

 DND-nin “Merkuri-1” gəmisi

 

2. “Ən yaxşı gəmi” nominasiyası üzrə II yer

XDND-nin “Qubadlı” gəmisi

DND-nin “Balakən” gəmisi

 

3. “Ən yaxşı kapitan”

 XDND-nin “Qubadlı” gəmisinin kapitanı  Zabirov Rüfət Rəfael oğlu

 DND-nin “Balakən” gəmisinin kapitanı Abbasov Nadir Oktay oğlu

 

4. “Ən yaxşı kapitan” nominasiyası üzrə II yer:

XDND-nin “Vaqif Cəfərov” gəmisinin kapitanı Rəhimov Məhəmməd Lütvi oğlu

DND-nin “Naxçıvan” gəmisinin kapitanı Mahmudov Tariel İzahət oğlu

 

5. “İlin gənc dənizçisi”

XDND-nin “Şahdağ”gəmisinin III mexaniki Hüseynli Cavid İlqar oğlu

XDND-nin “Şahdağ” gəmisinin kapitanın II köməkçisi Əlizadə Pərviz Ağamir oğlu

DND-nin Donanmanın texniki istismarı xidmətinin mütəxəssisi Heybətov Dəryanur Azad oğlu

DND-nin “Şair Vaqif” gəmisinin  kapitanın böyük köməkçisi Bağırlı Sahib Vilayət oğlu

 

6. “Ən yaxşı mexanik

XDND-nin “Sumqayıt” gəmisinin mexaniki Qarayev Mirilham Mirəli oğlu

DND-nin “Cəfər Cabbarlı” gəmisinin mexaniki Abuşov Müşviq Namiz oğlu

 

7. “Ən yaxşı mexanik” nominasiyası üzrə II yer

XDND-nin “Şirvan” gəmisinin mexaniki  Məmmədov Zəfər Əşrəf oğlu

DND-nin “Prezident Heydər Əliyev” gəmisinin mexaniki Hüseynov Samir Cabir  oğlu

 

8. “Ən yaxşı elektrik mexaniki”

XDND-nin “Gültəkin Əsgərova” gəmisinin elektrik mexaniki Abdullayev Ətraf Ziyəddin oğlu

DND-nin “Hüseyn Cavid” gəmisinin elektrik mexaniki Burobin Vadim Alekseyeviç

 

9. “Ən yaxşı elektrik mexaniki” nominasiyası üzrə II yer

XDND-nin “Mühəndis Balarza Məmmədov” gəmisinin elektrik mexaniki Babayev Nicat Azad oğlu

DND-nin “Dədə Qorqud” gəmisinin elektrik mexaniki Mirzəmətov Vahid Yarəhməd oğlu

 

10. “Ən yaxşı bosman”

XDND-nin “Atlet-2” gəmisinin bosmanı Quliyev Elşad İclas oğlu

DND-nin “Cabbar Həşimov” gəmisinin bosmanı Musayev Musa Həsən oğlu

 

11. “Ən yaxşı bosman” nominasiyası üzrə II yer

XDND-nin “General Əsədov” gəmisinin bosmanı Məmmədov Hafiz Şəhriyar oğlu

DND-nin “Laçın” gəmisinin bosmanı Kişiyev Fəxrəddin Ataxan oğlu

 

12. Ən yaxşı matros

XDND-nin “Yarenqa” gəmisinin matrosu Bağırov Rüfət Feyzulla oğlu

DND-nin “Qara Qarayev” gəmisinin matrosu Şərbətov Natiq Tapduq oğlu

 

13. “Ən yaxşı matros” nominasiyası üzrə II yer

XDND-nin “General Əsədov” gəmisinin matrosu Cəfərov Ceyhun Fəzail oğlu

DND-nin “Qafur Məmmədov” gəmisinin matrosu Baxşiyev Azad Talıb oğlu

 

14. “Ən yaxşı motorçu”

XDND-nin “Zülfi Hacıyev” gəmisinin motorçusu Əhmədov Vüqar Zaxid oğlu

DND-nin “Mühəndis Mustafa Əli” gəmisinin motorçusu İsmayılov İlyas Xəlil oğlu

 

15. “Ən yaxşı motorçu” nominasiyası üzrə II yer

XDND-nin “General Əsədov” gəmisinin motorçusu Sadiqov Qabil Yaşar oğlu

DND-nin “Qarabağ” gəmisinin motorçusu Əhmədov Alış Xıdır oğlu

 

16. “Ən yaxşı gəmi təmirçisi”

“Zığ” GTTZ-nin gəmi gövdə təmirçisi Səfərov Niyaz Ağabala oğlu

“Bibiheybət” GTZ-nin gəmi gəmi takelajçısı Həsənov Fərhad Həsən oğlu

 

17. “Ən yaxşı gəmi təmirçisi” nominasiyası üzrə II yer

“Zığ” GTTZ-nin gəmi təmiri çilingəri Nəzərov Əhməd Qiyas oğlu

“Zığ” GTTZ-nin rəngsazı Məmmədov Vüsal Qeyrət oğlu

“Bibiheybət” GTZ-nin gəmi təmiri çilingəri Heydərov Rəşid Şirin oğlu

“Bibiheybət” GTZ-nin gəmi dülgəri Cəfərov Əmiraslan Əli oğlu

 

18. “Ən yaxşı müəllim”

ADDA-nın Tətbiqi mexanika kafedrasının dosenti Ağarzayev Bəhruz Kərimbala oğlu

 

19. “Ən yaxşı kranmeystr”

XDND-nin kranmeystri  Əliyev Ziya İsrafil oğlu

 

Nominasiya üzrə birinci yerin qaliblərinə onların aylıq vəzifə maaşlarının iki misli məbləğində, ikinci yerin qaliblərinə isə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat veriləcək.

“Ən yaxşı gəmi” nominasiyası üzrə birinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının bir misli, ikinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının 0,5 misli məbləğində mükafata layiq görülüb.

“Ən yaxşı müəllim” nominasiyasının qalibinə aylıq vəzifə maaşının iki misli, “İlin gənc dənizçisi” adını almış işçilərə isə  onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat təyin olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır