• Bakı, 2021-04-16,
Seanews
Heyder Eliyev

ASCO-da müəyyənləşdirilmiş qrafikə uyğun dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Naxçıvan”, “Şahdağ”, “Dağıstan”, “Bunkerovşik-4”, “Xəzər-2”, “Qaradağ-11”, “Sabit Orucov”, “Geofizik-1”, “PSK-31”, “PS-173  “, “Vixr-5”, “Vixr-9” gəmilərində, 061 saylı üzən emalatxanada, Neptun üzən tərsanədə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun yeməkxanasında, paltardəyişmə otaqlarında, Qaradağ Texniki Xidmət Təmir Bazasının inzibati binasında və yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır