• Bakı, 2020-10-25,
Seanews
Heyder Eliyev

Azərbaycan dənizçiləri adından  Beynəlxalq DənizTəşkilatına (IMO) müraciət ünvanlanıb

Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyi Azərbaycan dənizçilərinin adından BMT-nin nüfuzlu orqanı və 175 dövləti özündə birləşdirən Beynəlxalq DənizTəşkilatına (IMO) müraciət ünvanlayıb.

Müraciətdə Ermənistanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələri icra etməməsi, humanitar atəşkəs rejimini, habelə 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması, Ermənistanın dəfələrlə atəşkəs rejimini pozması, nəinki münaqişə gedən Dağlıq Qarabağ ərazisində Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə də hücum cəhdləri, sentyabrın 27 – də Ermənistanın növbəti təxribatı və bu günə qədər Azərbaycanın müharibə zonasından kənarda yerləşən,mülki əhalinin yaşadığı şəhər və qəsəbələrə eyni zamanda gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çox saylı insan tələfatı və yaralanması ilə nəticələnən misli görünməmiş zərbə endirilməsi, dinc sakinlərə qarşı törədilən terror və cinayət əməllləri barədə faktlar qeyd olunub.

Dövlət Dəniz Agentliyi BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Baş Katibinə müraciətində Ermənistanın BMT nin qəbul etdiyi qətnamələrin icrasına laqeyd mövqe nümayiş etdirməsinə xüsusi diqqət yetirmələrini önə çəkib.

Müraciətdə xüsusi vurğulanır ki, Azərbaycan 30 il rzində münaqişənin dinc yolla həlinə çalışıb və hər zaman sülh tərəfdarı olub. Hətta dəfələrlə erməni tərəfinin mülki əhaliyə qarşı təxribat törətməsinə baxmayaraq Azərbaycan heç zaman dinc əhaliyə qarşı hərbi güc tətbiq etməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır