ADDA üçün qəbul statistikası məlum olub
2020/2021-ci tədris ili üçün Azərbaycan Dövlət Dəniz Akademiyasına tələbə qəbulu haqqında statistika elan edilib.
Nəticələrə əsasən yeni tədris ili üçün Nazirlər Kabineti tərəfindən əvvəlcədən təsdiqlənmiş 200 mümkün plan yerindən 194-ə tələbə qəbul olub.
Bu il ADDA-ya qəbul olunan tələbələrdən 2 nəfər 600-dən yuxarı bal toplayıb.
674,5 və 612,9 bal toplayan abituriyentlər seçimlərini “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası (ingilis dilində tədris) edib.
Abituriyentlərdən 17 nəfər 500-599, 47 nəfər 400-499, 107 nəfər 300-399, 21 nəfər isə 200-299 aralığlnda bal toplayaraq “ADDA tələbəsi” olmaq şansını qazanıb.
7 nəfərdən başqa qalan tələbələr dövlət hesabına təhsil alacaq.
Xatrıladaq ki, 2020/2021-ci tədris ili üçün ADDA-nın 4 ixtisası üzrə - “Dəniz naviqasiyası mühəndisliyi”- 80 yer, “Gəmiqayırma və gəmi təmiri mühəndisıiyi” - 15 yer, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” - 80 yer, “Elektrik və elektronika mühəndisliyi” - 25 yer nəzərdə tutulmuşdur.
Boş qalan 6 yer “Gəmi energetik qurğularının istismarı mühəndisliyi“ ixtisasındandır (rus dilində tədris).