Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-02,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri  “Bəstəkar Fikrət Əmirov”, “AkademikTopçubaşov”, “Sumqayıt”, “BMK-7220”, “BMK-7671”, “Qaradağ-4”, “Məmməd Süleymanov”, “Şüvalan”, “Qaradağ-11” gəmilərində və 678 saylı üzən emalatxanada aparılıb.  Bundan başqa, Qızılgül Parkında, Şəmsi Rəhimov və Xudu Məmmədov küçələrindəki yataqxanalarda, Dənizçilik Kollecinin Əhmədli qəsəbəsindəki yataqxanasında, ASCO-nun tikilməkdə olan inzibati binasında profilaktik dezinfeksiya işləri yerinə yetirilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır