• Bakı, 2020-07-13,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “MPK-470”, “MPK-474” gəmilərində, 639 saylı üzən emalatxanada aparılıb.

“Şahdağ”, “Bərdə”, “Xocavənd”, “Akademik Topçubaşov”, “Merkuri-1”, “Bəstəkar Qara Qarayev”, “Laçın”, “Cəlil Məmmədquluzadə”, “SLV-411”, “MPK-452”, “PSK-31”, “PS-173”, “PSK-45”, “PSK-48”, “PSK-40”, “BMK-7649”, “Məcik-1” gəmilərində, eləcə də Bibiheybət Gəmi Təmiri Zavodunda, Dəniz Nəqliyyat Donanmasında aparılıb.

Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır