Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri   “Ağdam”, “Merkuri-1”, “Şəki”, “Fizuli”, “Çalqan-10”, “PSK-31”, “PSK-33”, “Cəmil Niftəliyev”, “Abşeron-21”, “Orion-22”, “Orion-23”, “Orion-18”, “OM”, “Ədalət Gülməmmədov”, “Bunkerovşik-6”, “SLV-370”, “Bulaq”, “Mikayıl Əliyev”, PSK-40” gəmilərində, 639 və 721 saylı üzən gəmi təmiri emalatxalarında, eləcə də Dəniz Nəqliyyat Donanmasının, Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun inzibati binası, ərazisi, anbarları giriş-çıxış yerləri və s, Xəzər Dəniz Neft Donanmasının Dalğıc sahəsi, Pirallahı Damba və Şimal körpülərində, quru sahil obyektlərində, giriş-çıxış yerlərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır