Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Dəniz Nəqliyyatı Donanmasında koronavirusla bağlı maarifləndirmə tədbiri keçirilib

Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bir çox ölkəsində yayılan koronavirusla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasında maarifləndirici tədbir keçirilib.

Tədbirdə ASCO-nun “Dənizçilər poliklinikası”MMC-nin həkimi Həqiqət Yusifova virusun əlamətləri və virusdan qorunma yolları barədə geniş məlumat verib.

Həkim indiyədək dünyada virusa yoluxanların, dünyasını dəyişənlərin və sağalanların statistikasını da diqqətə çatdırıb. Bununla belə, o əlavə edib ki, Azərbaycanda virusun yayılmasına qarşı ciddi qabaqlayıcı tədbirlər görülür.

Daha sonra ASCO-ya aid gəmilərdə və strukturların inzibati bina və ərazilərində aparılan dezinfeksiya işlərindən də danışılıb.  Bildirilib ki, ASCO rəhbərliyinin tapşırığı ilə şirkətdə dezinfeksiya rejiminə ciddi əməl olunur və bu prosesə nəzarət həyata keçirilir.

Sonda Dəniz Nəqliyyatı Donanmasının əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, koronavirusa dair maarifləndirmə tədbiri şirkətin bütün strukturlarının əməkdaşları arasında aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır