Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Dənizçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasına qoşulublar

Dahi şair İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də (ASCO) qoşulub. 

Ağacəkmə kampaniyasına şirkətin bütün strukturlarını təmsil edən əməkdaşlar böyük həvəslə qatılıblar.

Böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan aksiya çərçivəsində 1000 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, ağaclar budanıb, dibləri yumşaldılıb.

Qeyd edək ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi ASCO-nun diqqətdə saxladığı ən mühüm məsələlərdəndir.  Bu məqsədlə şirkət tərəfindən mütəmadi yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır