Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

Xəzərin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI tərəflər konfransına hazırlıq Komitəsinin görüşü keçirilir

Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI tərəflər konfransına hazırlıq Komitəsinin görüşü keçirilir. 

Tədbirlə bağlı APA-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, görüşdə beş Xəzəryanı ölkənin səlahiyyətli nümayəndələri iştirak edir:

“Tədbirin keçirilməsində məqsəd 6-8 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək Konvensiyanın tərəflər konfrasının sənədlərinin razılaşdırılması və təqdim edilməsi üçün hazırlanmasıdır. Konvensiyanın məqsədi Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, çirklənmədən qorunması, biomüxtəlifliyinin müfazəsi və s. istiqamətlərdə Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini müəyyən etməkdir”. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır