Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

Xəzər dənizində İran gəmisi heyət üzvləri xilas edildikdən sonra batıb 

Saat 14:10–da İran İslam Respublikasının bayrağı ilə üzən Şəbahəng quru yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, qərargah tərəfindən FHN–in 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. 

Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.

Xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır