Caspian Engineering Technology United Limited şirkəti təqdimat keçirib
Caspian Engineering Technology United Limited şirkəti (CET) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün tərəfdaşlarına məxsus məhsulların təqdimatını keçirib.
Təqdimatda bildirilib ki, Caspian Engineering Technology United Limited şirkəti müxtəlif mühəndislik xidmətləri təklif edir. Bura ehtiyat hissələrinin təchizatı, elektrik və enerji avadanlıqları xidmətləri, yeni sənaye mühəndisliyi və təkmilləşdirmə layihələri daxildir. Bununla belə, şirkət geniş təcrübəyə malik idarə heyətinə, mühəndis və satış üzrə mütəxəssislərə malikdir.
Sonra IMPRO, “DETEGASA”, “WE Tech”, “Thordon” şirkətinin Azərbaycandakı nümayəndələri çıxış ediblər. Onlar öz təqdimatlarında dəniz platformaları və gəmilər üçün müxtəlif avadanlıqların istehsalı ilə məşğul olduqlarını, geniş profilli mühəndislik xidmətləri təklif etdiklərini bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.