Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-10,
Seanews
Heyder Eliyev

Dəniz Nəqliyyatı Donanmasının dənizçilərinə ASCO-nun Fəxri Fərmanları təqdim edilib

 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə ASCO-nun sədri Rauf Vəliyevin əmrinə əsasən təltif olunan Dəniz Nəqliyyatı Donanmasının (DND) dənizçilərinə  Fəxri Fərmanlar təqdim edilib.

Təltif olunanlara mükafatları DND-nin rəisi Çingiz Səfərov təqdim edib. O, dənizçiləri təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

Dəniz Nəqliyyatı Donanmasının elektrik mexaniki Məhərrəm Kərimli, matros Əli Əsgərov, motorçu Adil Fərəcov əməklərinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, onlara bəslənən etimadı bundan sonra da layiqincə doğruldacaqlarına söz veriblər.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır