Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-12,
Seanews
Heyder Eliyev

IMO 2026–2027-ci illər üçün Dünya Dəniz Günü mövzusunu açıqlayıb

Beynəlxalq Dəniz Təşkilatı (IMO) 2026–2027-ci illər üçün Dünya Dəniz Günü mövzusunu “Siyasətdən praktikaya: dəniz mükəmməlliyinə doğru” elan edib.

“Seanews.az” xəbər verir ki, yeni mövzu beynəlxalq dəniz qaydalarının yalnız qəbul olunması ilə kifayətlənməyərək, onların real əməliyyatlarda tətbiqinə diqqət yetirir.

IMO-nun Baş katibi Arsenio Dominges bildirib ki, təşkilatın hazırladığı qlobal normativ çərçivə yalnız sənədlərdə qalmamalı, real nəticələr verən konkret addımlarla müşayiət olunmalıdır. Onun sözlərinə görə, təhlükəsizlik və ekoloji standartlar bütün ölkələrdə vahid şəkildə tətbiq olunmalı, hər limanda və hər gəmidə hiss edilməlidir.

Təşkilat qeyd edir ki, beynəlxalq konvensiya və qaydaların effektivliyi onların üzv dövlətlər tərəfindən ardıcıl icrasından asılıdır. Lakin aparılan auditlər bəzi ölkələrdə qanunvericilik və icra mexanizmlərində boşluqların olduğunu göstərib.

İki illik kampaniya çərçivəsində üzv dövlətlərə qaydaların tətbiqi, dekarbonizasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və saxta gəmi qeydiyyatı ilə mübarizə istiqamətlərində dəstək göstərilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır