Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-12,
Seanews
Heyder Eliyev

Həssas qrupdan olan uşaqlar üçün “Yay düşərgəsi” təşkil olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Nine Senses” İncəsənət Mərkəzi  6-16 yaşlı uşaqlar üçün “Sea Breeze” istirahət mərkəzində “Yay düşərgəsi” təşkil edib.

ASCO-nun xüsusi həssas qrup üzvlərinə aid olan əməkdaşlarının övladları da düşərgə iştirakçıları arasında olublar.

Burada uşaqlar üçün müxtəlif intellektual oyunlar, rəqslər, fərqli peşələr üzrə master-klaslar təşkil edilib. Uşaqlar düşərgədə özlərini bloger, media nümayəndəsi, aktyor və lider kimi də sınayıb.

Düşərgənin əsas məqsədi uşaqların özlərini təqdim etmək, auditoriya qarşısında çıxış etmək, hekayə qurmaq kimi bacarıqlarının inkişaf etdirilməsi olub.

Qeyd edək ki, ASCO əməkdaşlarının övladlarının düşərgəyə cəlb edilməsi şirkətin ESG tədbirlər planı çərçivəsində Dayanıqlıq və emissiyaların idarə edilməsi üzrə direktorun Gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənovanın koordinatorluğu ilə həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır