Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-12,
Seanews
Heyder Eliyev

"Dongjin Shipping" Çində ilk sifarişini yerləşdirib

Cənubi Koreyanın "Dongjin Shipping" şirkəti Çin şirkəti "Yangzijiang Shipbuilding"-də üç konteyner gəmisinin tikintisi üçün ilk sifarişini verib.

"Seanews.az" xəbər verir ki, sifariş edilən gəmilərin hər biri 1,100 TEU tutuma malik olacaq.

Ümumi dəyəri 70 milyon ABŞ dolları olan gəmilər 2027–2028-ci illərdə təhvil veriləcək.

Hazırda "Dongjin Shipping" Cənubi Koreya, Çin, Yaponiya və Cənub-Şərqi Asiyada fider xidmətlərinə fokuslanıb. Yeni gəmilərin donanmanın xidmət gücünü artırılması və strukturunun optimallaşdırılmasına töhfə verməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır