

"Curtin Maritime" səkkiz ədəd hibrid-elektrik sürət gəmisinin tikintisinə dair sifariş yerləşdirib
ABŞ-nin "Curtin Maritime" dənizçilik şirkəti səkkiz ədəd hibrid-elektrik tipli köməkçi gəmilər üçün 160 milyon dollar sərmayə qoyub.
"Seanews.az" xəbər verir ki, gəmilər "Snow & Co" gəmiqayırma zavodunda inşa ediləcək və "Arc" şirkətinin elektrik ötürücü sistemləri ilə təchiz olunacaq.
İlk dörd sürət gəmisi 2027-ci ilin sonuna qədər təhvil veriləcək.
"Arc" şirkətinin Baş icraçı direktorui Mitch Lee bildirib: “Köməkçi gəmilər limanlarımızın iş atlarıdır. Onlar milli təchizat zəncirlərimiz və müdafiə logistikamız üçün həyati əhəmiyyət daşıyır, lakin hazırda əsasən köhnəlmiş, etibarsız və zərərli dizel mühərrikləri ilə işləyirlər.”
Curtin Maritime-in CEO-su Martin Curtin əlavə edib: “Bu gəmilər bizə lazım olan gücü və etibarlılığı təmin edəcək, eyni zamanda daha ağıllı və az baxım tələb edən donanma yaratmağa imkan verəcək.”