ASCO kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bu gün müasir müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Bununla əlaqədar ASCO-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.Heydər Əliyevin məzarı önünə əklil qoyulub, onun əziz xatirəsi ehtiramla anılıb.
Dənizçilər Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarı üzərinə gül dəstələri düzüblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır