Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-18,
Seanews
Heyder Eliyev

"ONE" Səudiyyə Ərəbistanında yeni intermodal xidmətə başlayır

"Ocean Network Express" (ONE) şirkəti Ərəbistan körfəzində yerləşən Dammam limanından ölkənin əsas şəhərlərinə quru daşımalarını əhatə edən yeni daxili logistika xidmətinə start verib.

"Seanews.az" xəbər verir ki, “Door Delivery” adlanan xidmət Dammam ilə paytaxt Ər-Riyad, Cübeyl, eləcə də Qırmızı dəniz sahilində yerləşən Ciddə və Neom şəhərləri arasında əlaqəni təmin edir.

Şirkətdən bildirilib ki, gələcəkdə Dammam limanından digər şəhərlərə də yükdaşıma marşrutlarının genişləndirilməsi planlaşdırılır.

Gömrük rəsmiləşdirilməsindən sonra çatdırılma müddəti təyinat məntəqəsindən asılı olaraq 24–48 saat təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır