Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-01,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkətinin doqquz yük təyyarəsi var

“CMA CGM” gəmiçilik şirkəti Belçikanın “Air Belgium” yük aviaşirkətinin alınması əməliyyatını başa çatdırıb.

“Seanews.ru” “Splash”-a istinadən xəbər verir ki, “Air Belgium” brendi əvvəlki kimi qalacaq.

Müqavilə “CMA CGM”-in hava donanmasına dörd yük təyyarəsi əlavə edib. Bunları nəzərə alsaq, hazırda gəmiçilik şirkətinin doqquz yük təyyarəsi var.

Bu il donanmasına daha bir “Boeing 777F” qoşulacaq və 2026-cı ildən “CMA CGM Air Cargo” daha səkkiz yeni nəsil “A350” təyyarəsi ilə tutumunu artıracaq.

Xatırladaq ki, “CMA CGM” gəmişilik şirkəti “CMA CGM Air Cargo” avia bölməsini 2021-ci ildə yaradıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır