Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-01,
Seanews
Heyder Eliyev

“OOCL” 3 milyard dollarlıq konteyner gəmiləri sifariş edir

“COSCO”-ya daxil olan “OOCL” gəmiçilik şirkəti dəyəri 3 milyard dollardan çox olan və metanol yanacağı ilə işləyən 14 konteyner gəmisinin tikintisini sifariş edib. Hər bir gəminin tutumu 18,5 min TEU, qiyməti isə 220 milyon dollardır.

Gəmilər Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) və “Nantong COSCO KHI Ship Engineering” (“NACKS”) tərsanələrində tikiləcək.

“DACKS” doqquz konteyner gəmisi, “NACKS” isə beş konteyner gəmisi inşa edəcək.

“Alphaliner” qeyd edir ki, “COSCO”-nun sifariş kitabçasına hazırda ümumi tutumu 1,1 milyon TEU olan 64 konteyner gəmisi daxildir. “COSCO” müvafiq olaraq 2,13 milyon TEU və 1,55 milyon TEU sifarişi olan “MSC” və “CMA CGM” gəmiçilik şirkətlərindən sonra sifariş tutumuna görə üçüncüdür.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır