Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-01,
Seanews
Heyder Eliyev

2025-ci ilin yanvar-mart aylarında Rotterdam limanının yük dövriyyəsi 5,8% azalıb

2025-ci ilin yanvar-mart aylarında Niderlandın Rotterdam limanının yük dövriyyəsi 103,7 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən 5,8% azdır.

Liman administrasiyasının hesabatına görə, maye yüklərin işlənməsi 8,8% azalaraq 48 milyon tona düşüb.

İlk üç ayda konteyner dövriyyəsi 2,2% artaraq 3,3 milyon TEU-ya çatıb. Tonla konteyner aşırılması 1,1% azalıb. Bu fərq ixrac yüklü konteynerlərin 8,1% azalması ilə bağlıdır. Transatlantik dəniz yüklərinin aşırılması həcmi birinci rübdə 23,1% azalıb.

Ümumi yüklərin aşırılması 7,8 milyon tona (+0,6%) yüksəlib. Eyni zamanda, Ro-Ro yüklərinin aşırılması 1,8% azalaraq 6,2 milyon ton təşkil edib. Böyük Britaniyada aşağı templər və zəif iqtisadi artım səbəbindən Ro-Ro həcmlərinə avtomobil nəqliyyatı ilə bağlı rəqabət təsir göstərir. Digər qablaşdırılmış yüklərin aşırılmas isə 11,2% artaraq 1,6 milyon tona çatıb. Qeyd edək ki, 2024-cü ildə Rotterdam limanının yük dövriyyəsi 435,8 milyon ton (-0,7%) olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır