Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-01,
Seanews
Heyder Eliyev

Ceyhanda yeni terminal tikiləcək

“Stolthaven Terminals” (“Stolt-Nielsen Limited” / “SNL” qrupunun Avstraliyadakı törəməsi) şirkəti Türkiyənin “Rоnesans Holding”-i ilə birlikdə Ceyhanda yeni terminalın tikintisi layihəsində iştirak edəcək.

Türkiyənin yeni terminalı polipropilen (PP) zavodunu əhatə edən 2 milyard dollarlıq böyük kompleksin bir hissəsi olacaq. Gücü 472,5 min ton nəzərdə tutulan zavodun Türkiyənin polipropilenə olan tələbatının təxminən 17%-ni ödəyəcəyi bildirilir.

“Stolthaven Terminals” və “Ronesans Holding”-in layihəsinə yeni zavod üçün dərin su körpüsü və xammal anbarının tikintisi daxildir. İnşa zamanı ekoloji cəhətdən müasir texnologiyalardan istifadə olunacaq.

Terminal “Ceyhan Energy”-nin xüsusi ayrılmış sənaye zonasında yerləşəcək. Tərəfdaşlar sənaye zonasının gələcək inkişafını dəstəkləmək üçün obyekti kimyəvi emal mərkəzinə çevirmək niyyətindədirlər.

Qeyd edək ki, “Stolt-Nielsen Limited” (“SNL”) maye kimyəvi maddələrin, yağların, turşuların və digər xüsusi mayelərin daşınması üzrə ixtisaslaşıb və “Stolt Tankers”, “Stolthaven Terminals”, “Stolt Tank Containers”, “Stolt Sea Farm”, “Stolt Investments”,

“Stolt-Nielsen Gas” törəmə şirkətləri var”. “SNL Group”-un baş ofisi Londonda (Böyük Britaniya), “Stolthaven Terminals”-ın baş ofisi isə Avstraliyanın “West Melbourne” şəhərində yerləşir.

“Rоnesans Holding” tikinti, daşınmaz əmlak investisiyaları, enerji və səhiyyə ilə məşğul olan Türkiyə şirkətidir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır